Bakı. Trend:
Türkiyənin hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşlığı ilə ölkədə terrorçu qruplaşmalarla, xüsusilə İŞİD-lə əlaqələrdə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat aparılıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, reydlər ümumilikdə Türkiyənin 21 vilayətini əhatə edib və bir həftə davam edib.
“Gürz44” kod adlı əməliyyatda ümumilikdə 164 nəfərin saxlanıldığını bildirilir.