...

Ağ Evdə Tramp və Netanyahu arasında görüş keçirilir

Dünya xəbərləri Materials 5 Fevral 2025 04:10 (UTC +04:00)
Ağ Evdə Tramp və Netanyahu arasında görüş keçirilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilir.

Trend-in məlumatına görə, görüş zamanı əsas müzakirə mövzuları Qəzza zolağında atəşkəsin gələcəyi və İsrail-Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşma prosesinə yenidən təkan verilməsi olub.

Görüşdən əvvəl media qarşısında çıxış edən Tramp fələstinlilərə “xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etməyi” təklif edib. Bu bəyanat onun Yaxın Şərq siyasətində yeni yanaşmalar tətbiq edəcəyini göstərir.

Qeyd olunur ki, Netanyahu Trampın andiçməsindən sonra onunla görüşən ilk dünya lideridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti