...

Qətər Livan hökumətinə elektrik enerjisinin təmin edilməsi məsələsində kömək edəcək

Dünya xəbərləri Materials 5 Fevral 2025 06:33 (UTC +04:00)
Qətər Livan hökumətinə elektrik enerjisinin təmin edilməsi məsələsində kömək edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani Livan Prezidenti Cozef Aunla aparılan danışıqlar zamanı Livan əhalisinin elektrik enerjisi ilə təmin edilməsi probleminin həllinə kömək etmək məqsədilə ölkəyə qaz tədarük etməyi planlaşdırdıqlarını açıqlayıb.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib ki, Qətər Livanın enerji ehtiyaclarının qarşılanması və elektrik enerjisinin istehsalı üçün lazım olan qazın tədarükü sahəsində dəstək verməyə davam edəcək.

Beyrutda keçirilən danışıqların yekunları barədə mətbuat konfransında Al Tani həmçinin qeyd edib ki, Qətər Livanın yenidən qurulmasında iştirak edəcək və ölkənin ordusuna dəstək verməyə davam edəcək.

Prezident Aun isə Qətərin milli neft-qaz şirkəti "QatarEnergy"ni Fransanın "TotalEnergies" və İtaliyanın "Eni" şirkətləri ilə birlikdə Livanın müstəsna iqtisadi zonasında kəşfiyyat işlərini bərpa etməyə çağırıb. Bu işlər 2023-cü ildə Yaxın Şərqdə gərginliyin artması səbəbindən dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti