Bakı. Trend:
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen, Avropa İttifaqında (Aİ) fövqəladə vəziyyətin tətbiqi məsələsini müzakirə edib.
Trend xəbər verir ki, bu barədə "Politico" Aİ rəsmilərinə istinadən məlumat yayıb.
Fon der Lyayen bazar ertəsi keçirilən liderlər toplantısında fövqəladə vəziyyətin tətbiqi ideyasını irəli sürüb. Bu tədbir, hökumətlərə Aİ-nin büdcə qaydalarını pozmadan müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Bundan əlavə, fon der Lyayen, müdafiə xərclərini milli büdcə kəsirindən çıxarmağa hazır olduğunu bildirib.