...

Olaf Şolts "Almaniya üçün Alternativ" partiyası ilə əməkdaşlığa qəti şəkildə qarşıdır

Dünya xəbərləri Materials 5 Fevral 2025 05:58 (UTC +04:00)
Olaf Şolts "Almaniya üçün Alternativ" partiyası ilə əməkdaşlığa qəti şəkildə qarşıdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Kansleri Olaf Şolts "Almaniya üçün Alternativ" (AfD) partiyası ilə hər hansı əməkdaşlığa qəti şəkildə qarşı çıxdığını bildirib.

Trend-in DPA-ya istinadən verdiyi məlumata görə, o, Xristian Demokrat və Xristian Sosial İttifaqları (XDİ/XSİ) mühafizəkar bloku ilə mümkün koalisiyanın yaradılmasını istisna etməyib.

Şolts, Rur bölgəsinin şimalında yerləşən Marl şəhərində seçkiqabağı tədbirdə çıxış edərkən bildirib ki, onun mövqeyi hər zaman aydın olub: "AfD ilə heç bir əməkdaşlıq olmamalıdır", - deyə o qeyd edib.

Kansler həmçinin vurğulayıb ki, digər siyasi qüvvələrlə koalisiya qurulması "çətin və mürəkkəb" olsa da, buna nəzərdən keçirmək olar. Şolts, bu məsələnin yalnız seçicilərin necə səs verdiyi məlum olduqdan sonra qərar veriləcəyini qeyd edib. O, XDİ və XSİ-nin seçkilərdən sonra Kansler İdarəsində yer tutmaq üçün AfD-yə arxalana biləcəyi barədə yenidən xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti