...

Simona Halep peşəkar karyerasını başa vurub

İdman Materials 5 Fevral 2025 05:37 (UTC +04:00)
Simona Halep peşəkar karyerasını başa vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyalı məşhur tennisçi Simona Halep peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu qərarı Halep Rumıniyada, Kluj-Napokada keçirilən turnirdən sonra elan edib.

33 yaşlı idmançı yarışın ilk mərhələsində italiyalı Lyuçi Bronsettiyə 0:2 (1:6, 1:6) hesabı ilə məğlub olub. Bu görüş, Halepin peşəkar karyerasının son rəsmi oyunu kimi tarixə düşüb.

Simona Halep 2022-ci ilin payızında dopinq qaydalarını pozduğuna görə uzun müddətə diskvalifikasiya olunmuşdu. Lakin ötən ilin mart ayında cəzası başa çatdıqdan sonra korta qayıtmaq imkanı əldə etmişdi.

Qeyd edək ki, Halep karyerası ərzində böyük uğurlara imza atıb. O, 2018-ci ildə “Rolan Qarros” və 2019-cu ildə “Uimbldon” turnirlərində “Böyük Dəbilqə” qalibi olub. Halepin uğurlu karyerası onu müasir dövrün ən tanınmış və nüfuzlu qadın tennisçilərindən birinə çevirib.

Xəbər lenti

Xəbər lenti