Bakı. Trend:
İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
Trend-in məlumatına görə, Madriddə baş tutan qarşılaşmada yerli "Atletiko" doğma azarkeşlər önündə "Xetafe"ni qəbul edib.
Meydan sahibləri rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıblar – 5:0. "Atletiko"nun heyətində Simeone dubl edib və komandasının yarımfinala çıxmasına töhfə verib.
Qeyd edək ki, 1/4 finalın digər oyunlarında "Leqanes" – "Real Madrid", "Real Sosyedad" – "Osasuna" və "Valensiya" – "Barselona" komandaları yarımfinal uğrunda mübarizə aparacaqlar. Bu qarşılaşmalar 5-7 fevral tarixlərində keçiriləcək.