...

Bakıda ağır qəza - Üç nəfər öldü

Hadisə Materials 5 Fevral 2025 09:35 (UTC +04:00)
Bakıda ağır qəza - Üç nəfər öldü
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xəzər rayonu Qala qəsəbəsində ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

Məlumata görə, "Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti