Bakı. Trend:
Sabahdan külək yenidən güclənəcək.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.
Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.
Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.