Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdən tez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib: "Ümid edirik ki, bundan çox tez-tez istifadə etməli olmayacağıq", – Tramp yeni sənəd haqqında söyləyib.
Daha əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində açıqlamışdı.