...

Cənubi Afrika prezidenti İlon Maskın ittihamlarına cavab verib

Dünya xəbərləri Materials 5 Fevral 2025 01:53 (UTC +04:00)
Cənubi Afrika prezidenti İlon Maskın ittihamlarına cavab verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, amerikalı sahibkar İlon Maskın ölkə rəhbərliyinin ağdərililərə qarşı soyqırımı ilə bağlı ittihamlarına cavab verib.

Trend xəbər verir ki, Cənubi Afrikanın rəhbəri öz cavabını sosial şəbəkədəki X səhifəsində yayımlayıb.

O, bildirib: “Cənubi Afrika hökuməti heç bir torpağı müsadirə etməyib. Bu yaxınlarda qəbul edilmiş Özgəninkiləşdirmə haqqında qanun müsadirə aləti deyil, Konstitusiyanın müddəalarına uyğun olaraq əhalinin bərabər əsaslarla torpaq sahələrinə çıxışını təmin edən konstitusiya ilə müəyyən edilmiş hüquqi prosesdir”.

Cənubi Afrika əsilli İlon Mask isə, torpaqların müsadirə edilməsi haqqında qanunun qəbulundan sonra ölkə hakimiyyətini ağdərililərə qarşı soyqırımda ittiham edib. O, qanunun “açıq irqçi” olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti