...

“Mançester Yunayted” Reşfordla vidalaşa bilər

İdman Materials 30 Aprel 2024 00:59 (UTC +04:00)
“Mançester Yunayted” Reşfordla vidalaşa bilər

Bakı. Trend:

“Mançester Yunayted”in rəhbərliyi Markus Reşfordla yollarını ayırmağa qarşı deyil.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mankuinlılar yayda təklifləri nəzərdən keçirəcək.

İngiltərə yığmasının üzvü komandanın lideri funksiyasını öz üzərinə götürə bilməyib. “Mançester Yunayted” akademiyasının yetirməsi olan Reşford 60 milyon avroya satılması gözlənilir. Onun “qırmızı şeytanlar”la 2028-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Markus 2023/2024 mövsümündə 40 oyunda cəmi 8 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti