...

Dayanıqlı sukuk bazarı 2017-ci ildən təqribən 3 dəfə artıb - London Fond Birjasının baş direktoru

İqtisadiyyat Materials 29 Aprel 2024 14:36 (UTC +04:00)
Dayanıqlı sukuk bazarı 2017-ci ildən təqribən 3 dəfə artıb - London Fond Birjasının baş direktoru
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

İki il yarım ərzində dayanıqlı sukuk bazarı əhəmiyyətli dərəcədə artaraq, 2017-ci illə müqayisədə, təqribən 3 dəfə artıb.

Trend xəbər verir ki, bu barədə London Fond Birjasının baş direktoru Culiya Hoqqet İİB Qrupunun Ər-Riyadda keçirilən illik müşavirələri çərçivəsində keçirilən "yaşıl" və dayanıqlı sukuk vasitəsilə iqlim maliyyələşdirilməsinin sürətləndirilməsi üzrə panel müzakirəsində çıxışında deyib.

Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növ islami ekvivalenti olan maliyyə sənədidir.

"Lakin dayanıqlı sukuk əvvəlki kimi ümumi fond bazarının kiçik hissəsini və istiqraz bazarının ondan da kiçik hissəsini təşkil edəcək. Bu isə ondan xəbər verir ki, dayanıqlı sukuk üzrə bu gün dərc olunan rəhbər prinsiplər həmişə olduğundan daha vacibdir.

Bu, ötən ilin dekabr ayında Dubayda COP28 konfransında qəbul edilmiş qərarın ardınca baş verdi və bu prinsiplər Kapital Bazarları Assosiasiyasının (ICMA) prinsiplərinin maksimum geniş tətbiqini təmin etmək məqsədilə əsas maraqlı tərəflərlə birgə hazırlanıb", - deyə o bildirib.

Hoqqet qeyd edib ki, bu rəhbər prinsiplər bazar iştirakçılarına sukukları ICMA-nın prinsiplərinə əsasən "yaşıl", sosial və ya dayanıqlı olaraq işarələməklə bağlı bu qədər mühüm tövsiyələr verməyə və qlobal investorların sukuklar barədə məlumatlılığını artırmağa yönəlib.

"Bizim və tərəfdaşlarımız üçün növbəti mərhələ bu gün dərc olunan rəhbər prinsiplərin müxtəlif bazarlarda tətbiq olunmasına zəmanət vermək məqsədilə standartları hazırlayanlar, tənzimləyici şəriət orqanları, reytinq agentlikləri kimi maraqlı tərəflərlə qarşılıqlı fəaliyyətdən ibarətdir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti