...

Azərbaycan gimnastı vətəninə tarixi medal gətirdi (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2024 07:15 (UTC +04:00)
Azərbaycan gimnastı vətəninə tarixi medal gətirdi (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatında iştirak edən Azərbaycan gimnastları vətənə qayıdıblar.

Trend xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə Avropa çempionatında gümüş medal qazanıb. Bununla da N. Simonov Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.

Kişilərdən ibarət idman gimnastika komandasının üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, habelə ailə üzvləri və dostları qarşılayıblar.

Qeyd edək ki, aprelin 24-28-də Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı keçirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti