...

Tovuzda sevgilisi tərəfindən yandırılan qadın vəfat edib

Gündəm Materials 30 Aprel 2024 10:37 (UTC +04:00)
Tovuzda sevgilisi tərəfindən yandırılan qadın vəfat edib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.

Trend xəbər verir ki, aprelin 19-da rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti

Xəbər lenti