...

Çempionlar Liqasında yarımfinal başlayır

İdman Materials 30 Aprel 2024 11:03 (UTC +04:00)
Çempionlar Liqasında yarımfinal başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start veriləcək.

Trend xəbər verir ki, "Bavariya" "Real"ı qəbul edəcək. "Allyanz Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər matçı sabah oynanılacaq.

30 aprel

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
Baş hakim: Kleman Turpin (Fransa)
"Allyanz Arena"

1 may

23:00. "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa).

Xəbər lenti

Xəbər lenti