...

Azərbaycan və Bolqarıstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər

İqtisadiyyat Materials 29 Aprel 2024 22:25 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisindən nəqli və tranziti məsələləri diqqət mərkəzində olub. SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, - paylaşımda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti