...

İslam İnkişaf Bankı Qrupu və Türkiyə yeni əməkdaşlıq proqramına start verib

Maliyyə Materials 29 Aprel 2024 19:47 (UTC +04:00)
İslam İnkişaf Bankı Qrupu və Türkiyə yeni əməkdaşlıq proqramına start verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

Türkiyə və İslam İnkişaf Bankı (İİB) Qrupu “Türkiyədə Davamlı və İnklüziv İnkişafın Dəstəklənməsi” adlı yeni İşəgötürmə Çərçivəsini (CEF) istifadəyə verib.

Trend bu barədə bazar ertəsi xəbər verir.

Mərasim Ər-Riyadda İİB Qrupunun sədri Məhəmməd Əl-Cəsser və Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşəkin iştirakı ilə keçirilən illik İİB qrup toplantıları çərçivəsində baş tutub.

CEF İİB Qrupunun missiyasına və yenidən işlənmiş strategiyasına tam uyğun gələn üç illik plandır (2024-2026).

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti