...

Ülviyyə Fətəliyeva kubokunu aldı (FOTO)

İdman Materials 30 Aprel 2024 11:37 (UTC +04:00)
Ülviyyə Fətəliyeva kubokunu aldı (FOTO)

Bakı. Trend:

Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.

Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə, həmçinin, müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.

Xəbər lenti

Xəbər lenti