...

Türkiyə XİN Fransa Milli Assambleyasının qətnaməsini pisləyib

Dünya xəbərləri Materials 29 Aprel 2024 23:31 (UTC +04:00)
Türkiyə XİN Fransa Milli Assambleyasının qətnaməsini pisləyib

Bakı. Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qətnaməsində Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, Türkiyə XİN bəyanatında Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin əsassız olduğunu vurğulayıb.

Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

Bu qətnamə həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti