...

Qazandığım medala görə çox xoşbəxtəm - Nikita Simonov

Cəmiyyət Materials 30 Aprel 2024 08:51 (UTC +04:00)
Qazandığım medala görə çox xoşbəxtəm - Nikita Simonov
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Qazandığım medala görə çox xoşbəxtəm.

Trend xəbər verir ki, bu sözləri İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanan Azərbaycan gimnastı Nikita Simonov jurnalistlərə açıqlamasında deyib.

O, yarışın kifayət qədər çətin keçdiyini bildirib: "Aprelin 20-də Qətərin paytaxtı Dohada keçirilən yarışdan sonra Avropa çempionatına hazırlaşdıq. Düzdür, çətin olsa da, biz bu cür situasiyalara öyrəşmişik".

Tarixi nəticə qazanan gimnast bundan sonra iştirak edəcəyi yarışlarda daha böyük uğurlar qazanmaq üçün əlindən gələni edəcəyini söyləyib.

N. Simonov bu nəticə ilə Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.

Qeyd edək ki, aprelin 24-28-də Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı keçirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti