...

NATO baş katibi Kiyevə gözlənilməz səfər edib

Dünya xəbərləri Materials 29 Aprel 2024 16:25 (UTC +04:00)
NATO baş katibi Kiyevə gözlənilməz səfər edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO baş katibi Yens Stoltenberq Kiyevə gözlənilməz səfər edib.

Trend xəbər verir ki, bu barədə NATO baş katibinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı keçiricək.

Qeyd edək ki, Yens Stoltenberq bu yaxında Almaniyanın Ukraynaya daha bir "Patriot" sistemi verəcəyini bildirib.

NATO baş katibi digər üzv ölkələri də Ukraynaya real silah tədarükünü sürətləndirməyə çağırıb.

"Təşkilatın digər üzvləri də bu nümunəyə əməl etməlidir", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti