Bakı. Trend:
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya – Karantin Mərkəzində əməliyyat keçirib.
Trend xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.
Faktı Baş Prokurorluqdan Trend-ə təsdiqləyiblər. Bildirilib ki, məsələ barədə ətraflı məlumat veriləcək.