...

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

İqtisadiyyat Materials 30 Aprel 2024 11:02 (UTC +04:00)
Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 1-dən Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejiminə müraciətlərin qəbuluna başlanılacaq.

Trend xəbər verir ki, bu sözləri AMB-nin baş direktoru Fərid Osmanov Mərkəzi Bankın Xüsusi tənzimləmə rejiminin təqdimatında deyib.

“İstərdik ki, rəqəmsallaşma istiqamətində çalışanlar “sandbox” xüsusi rejiminə innovativ məhsulların çatdırılmasını təşviq etsinlər. Həmçinin maliyyə institutlarını, hüquqi şəxsləri innovativ məhsul və xidmətlərin “sandbox” rejiminə təqdim edilməsində aktiv iştiraka dəvət edirik”, - deyə F.Osmanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti