...

Qalıqları aşkarlanan 120 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi başa çatıb - RƏSMİ

Cəmiyyət Materials 30 Aprel 2024 12:12 (UTC +04:00)
Qalıqları aşkarlanan 120 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi başa çatıb - RƏSMİ
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kütləvi məzarlıqlarda qalıqları aşkarlanan 120 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi başa çatıb.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, onlardan 47 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.

Xəbər lenti

Xəbər lenti