...

Ölkələr tullantıların azaldılmasını maliyyələşdirməklə əhalinin yoxsul təbəqələrinə kömək göstərməyə davam etməlidir - Bill Qeyts

Yaşıl iqtisadiyyat Materials 30 Aprel 2024 11:52 (UTC +04:00)
Ölkələr tullantıların azaldılmasını maliyyələşdirməklə əhalinin yoxsul təbəqələrinə kömək göstərməyə davam etməlidir - Bill Qeyts
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

Ölkələr tullantıların azaldılmasını maliyyələşdirməklə əhalinin yoxsul təbəqələrinə kömək göstərməyə davam etməlidir.

Trend xəbər verir ki, bu barədə Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Qeyts Ər-Riyadda İslam İnkişaf Bankının (İİB) illik müşavirələri çərçivəsində keçirilən xeyriyyəçilik üzrə panel müzakirələrində çıxışında deyib.

"COP28 gözləntilərimi əhəmiyyətli dərəcədə keçdi. Tədbir çox yaxşı təşkil olunmaqla yanaşı, orada iştirak edən biznes ruhu məni çox təsirləndirdi. Əfsuslar olsun ki, ən iddialı məqsədlərimizə nail ola bilmirik. Eyni zamanda, tullantıları azaltdığımızdan - bu iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması adlanır - vəsaiti gördüyümüz işlərdən yayındırmadan, sağlamlıq barədə daha mühüm sfera olaraq düşünərək, həmçinin, əhalinin yoxsul təbəqələrinə kömək göstərməyə davam etməliyik", - o deyib.

B.Qeyts dünyanın hələ formalaşmağa ehtiyacı olduğunu qeyd edib.

"Beləliklə, bütün bunlar inkişaf çərçivəsindədir. İqlim dəyişikliyi inkişaf üçün daha çox maneələr yaradacaq. Qoyulan məqsədlərdən əhəmiyyətli dərəcədə geridə qalacağımızı düşünmürəm. Müəyyən innovasiyalardan istifadə etməli, insanları onları praktikada necə sürətlə tətbiq etməyimiz və istifadəsini necə sürətlə genişləndirməyimizlə təəccübləndirməliyik", - o deyib.

B.Qeyts süni intellektin istər yeni dərman vasitələrinin istehsalı, tibbi konsultasiyaların verilməsi, istərsə də hər bir uşaq üçün onunla öz dilində danışacaq şəxsi müəllimin təyin olunması kimi insan fəaliyyətinin bütün sahələrinə göstərdiyi təsiri yenidən qiymətləndirə bilməyəcəyini əlavə edib.

"İki ildən az müddət ərzində bu sahədə "Chat GPT" ilə bir növ sıçrayış oldu. Beləliklə, bunun ən erkən mərhələsindəyik", - o deyib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edir.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti