Bakı. Trend:
Azərbaycanda cəmiyyətimizdə ailə modelini gələcəyə hazırlamaq və baş verən dəyişikliklərdən irəli gələn sosial‑demoqrafik fəsadların qarşısının alınması üçün gələcək dövr üçün tövsiyə olunan fəaliyyətlər açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Gələcək ailə modeli ilə bağlı mənfi mülahizələri daha yüksək qiymətləndirən risk qrupları ilə fərqli maarifləndirmə strategiyasının hazırlanması və maarif ləndirmə işlərində bu cür əhali qrupunun prioritet seçilməsi tövsiyə olunur.
Bu, xüsusi ilə nikahdan kənar cütlüklərin birgə yaşayışı, uşaqsız ailələrə laqeyd münasibət kimi mülahizələr ciddi sosial‑demoqrafik nəticələrə səbəb ola bilər. Maarifləndirmə işlərində bu tədqiqatın nəticələrindən çıxan risk qruplarının nəzərə alınması tövsiyə olunur.
Gələcək tədqiqatlarda gələcək ailə modelinə dəstəyi müəyyənləşdirən iqtisadi və sosial səbəblər kontekstində qiymət ləndirilməsi, bu çərçivədə regionların və ayrı ayrı sosial qrupların iqtisadi göstəriciləri ilə əlaqəli təhlili əhatə edən tədqiqat metod larının seçilməsi tövsiyə olunur.
Tədqiqat nəticəsində erkən nikah, qohum evliliyi, rəsmi nikah olmadan cütlüklərin birgə yaşayışı kimi mülahizələrə daha çox dəstək verən sosial təbəqələr və regionlarda müvafiq maarifləndirmə işlərini gücləndirmək tövsiyə olunur.
Gələcəkdə hər iqtisadi rayon üzrə boşanmaların sayı ilə hər 1000 nəfərə düşən boşanmaların sayı ilə həmin iqtisadi rayonlarda əhalinin məşğulluğu, gəlir səviyyəsi, iqtisadi göstəricilər arasında əlaqə qurulacaq tədqiqatların aparılması tövsiyə olunur.
Qeyd edilən mülahizələr əhalinin nisbətən az dəstək olduğu düşüncələr olsa da reallıqda bunun artmasının sosial‑iqtisadi səbəbləri olub olmadığını yoxlamaq baxımından qeyd edilən istiqamətdəki tədqiqatlar faydalı olardı. Bu, ideal gələcək ailə modelləşməsinə mənfi təsir göstərəcək erkən nikah, qohum evliliyi və boşanmaların artması kimi trendlərə yol açacaq səbəblərin aradan qaldırılmasına və gələcəkdə əlaqədər qurumların fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə imkan yaradardı.