...

İtaliyada 4,4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 21 May 2024 01:08 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Neapolun qərbində yerləşən Kampi Fleqrey şəhəri olan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.

İnsan tələfatı barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti