...

Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti

Dünya xəbərləri Materials 20 May 2024 22:03 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran hökuməti ABŞ-dan kömək istəyib.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"İran hökuməti bizdən kömək istədi və biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Biz bu yardımı göstərə bilmədik. Mən təfərrüatlara varmayacağam. Əsasən maddi-texniki səbəblərə görə biz bu yardımı göstərə bilmədik”, - deyə o bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti