...

Qadın sahibkarlara verilən güzəştli kreditin məbləği açıqlandı

İqtisadiyyat Materials 20 May 2024 15:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023‑cü il ərzində ümumilikdə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 3726 investisiya layihəsinin maliyyələşdirilməsinə 193.8 milyon manat, o cümlədən qadın sahibkarlıq subyektlərinin 290 layihəsi üzrə 16.4 milyon manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Beləliklə, qadın sahibkarlıq subyekt lərinin investisiya layihələrinə verilmiş kreditlər layihə sayı olaraq 7.8%, kredit məbləği olaraq isə 8.5% təşkil edib.

2022‐ci il ərzində isə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumilikdə 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145.9 milyon manat, o cümlədən qadın sahibkarlıq subyektlərinin 218 layihəsi üzrə 13.9 milyon manat güzəştli kredit verilib. Beləliklə, qadın sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilmiş kreditlər layihə sayı olaraq 7.9%, kredit məbləği olaraq isə 9.5% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti