Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Xasıyev Elşən Nəzərəli oğlu Bakıxanov qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn edilib.
Trend xəbər verir ki, Xasıyev Elşən Gəncə Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.
Dəfn mərasimində şəhidin doğmaları, Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.