Bakı. Trend:
Uşaq hüquqlarının qorunması sahəsində dini nikahların qeydiyyata alınması qaydalarının müəyyən edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Bununla yanaşı, din xadimləri arasında maariflən dirmə işlərinin gücləndirilməsi tövsiyə olunur.
Qeyri‑rəsmi şəkildə fəaliyyət göstərən din xadimləri tərəfindən dini nikah mərasimlərinin keçirilməsi hallarının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi təklif edilir.