...

İranın Bakıdakı səfirliyinin önünə gül dəstələri düzülüb (FOTO)

Cəmiyyət Materials 20 May 2024 20:19 (UTC +04:00)
İranın Bakıdakı səfirliyinin önünə gül dəstələri düzülüb (FOTO)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycandakı səfirliyinin inzibati binası önünə gül dəstələri düzülüb.

Trend xəbər verir ki, bir sıra QHT rəhbərləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahi və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İranın Azərbaycandakı Səfirliyinin binası önünə gül dəstələri düzüb, bu ağır gündə İran xalqının kədərini bölüşüb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti