...

Bakıda icazə verilən erkən evliliklərin sayı nə qədərdir?

Cəmiyyət Materials 20 May 2024 15:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılıb, nəticə olaraq 2023‑cü ildə 9 müraciət üzrə (Sabunçu rayonu‐4, Xəzər‐3, Suraxanı rayonu‐2) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib.

Müraciətlərlə əlaqə dar vətən daşlarla profilaktik söhbətlər aparılmış, ailələr nəzarətə götürülüb, qanunvericiliyin tələbləri izah edilmiş və erkən evliliyin qarşısı alınmışdır. 2022‑ci ildə 5 müraciət üzrə izacə verilib. Bu da onu göstəriri ki, 2023‐ cü ildə erkən evliliklə bağlı müraciətlər üzrə icazələrin sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti