...

ABŞ kəşfiyyatı qəzanın səbəbini açıqladı

Dünya xəbərləri Materials 20 May 2024 21:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb.

Trend xəbər verir ki, bunu ABŞ Senatındakı Demokratlar Partiyasının rəhbəri Çak Şumer deyib. O, ABŞ kəşfiyyatının qəzaya dair başqa dəlil tapmadığını deyib:

"Dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir".

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti