Bakı. Trend:
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də ekologiya mövzusu heç vaxt olmadığı kimi aktualdır. Tibbi tullantıların utilizasiyası məsələsi ilk yerlərdən birini tutur. Keçirilmiş dövlət tenderlərinin nəticələrinə görə, respublikada təhlükəli tibbi tullantıların həcmi orta hesabla 115 min kubmetr təşkil edir. Bunların arasında yoluxucu xəstələrlə təmasda olmuş materiallar, tərkibində civə olan maddələr, vaxtı ötmüş dərmanlar və s. var. Bu cür təhlükəli tullantılar xəstəxana ərazisindən çıxarıldıqdan sonra harada ola bilər?
BT Texno Servis şirkətinin tibbi tullantıların daşınması və utilizasiyası üzrə ortağı Kamran Bağırov müsahibəsində bu problemi necə həll etmək, tibbi tullantıların daşınması və məhv edilməsi prosesini necə şəffaf və təhlükəsiz etmək lazım olduğundan, bu istiqamətdə hansı qanunvericilik tədbirlərinin görüldüyündən danışıb.
- Bu gün ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə tullantıların utilizasiyası ilə məşğul olan şirkətlər mühüm rol oynayır. Tibbi tullantıların daşınması və utilizasiyası üzrə gənc şirkət olan "BT Texno Servis" Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində böyük marağa səbəb olub. Məlum olub ki, bazarda şüarı "Biri sağalarkən, başqası xəstələnməsin" olan ciddi oyunçu - yenilikçi mövqeyi sərgiləyən şirkət peyda olub. "BT Texno Servis" haqqında daha çox məlumat əldə etmək istərdik.
- Haqlısınız, şirkətimiz həqiqətən də yenilikçi mövqeyi sərgiləyir. Misal üçün, biz tibbi tullantıların çatdırılmasından utilizasiyasına qədər izlənilməsi üçün QR kod sistemindən istifadə edirik ki, bu da qeydiyyatda şəffaflığı və dəqiqliyi təmin edir. Dünya standartlarına cavab verən sobalarımız 24 saat işləyərək təhlükəli tullantıları zərərsiz hisə çevirə bilir. Bütün proseslərə qabaqcıl təlim almış mütəxəssislər nəzarət edir. "BT Texno Servis" bütün ekoloji və sanitar normalara uyğunluq sertifikatına malikdir və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya alıb.
- Fərz edək ki, mən özəl klinikanın və ya elmi laboratoriyanın direktoruyam. Nə üçün məhz sizin şirkətinizlə əməkdaşlıq etməliyəm? Şirkətiniz digərlərindən nə ilə fərqlənir?
- Siz tibb müəssisəsinin rəhbəri olaraq tibbi tullantıların təhlükəsiz daşınması və utilizasiyasına görə məsuliyyət daşıyırsınız. Bütün təhlükəsizlik normalarına və müəyyən edilmiş reqlamentlərə riayət edən şirkətlə əməkdaşlıq son dərəcə vacibdir.
- İnanmayacaqsınız, amma mən heç vaxt həkimin ciddi xəstəlikdən əziyyət çəkən pasiyentə iynə vurduqdan və ya sarğı qoyduqdan sonra şpris, pambıq və binti hara tulladığına diqqət yetirməmişəm... Sizin fikrinizcə, tibb müəssisələrimizdə gigiyena qaydalarına nə dərəcədə riayət olunur, tullantılarla düzgün davranılırmı? Mütəxəssisləriniz maarifləndirmə ilə məşğul olurmu?
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəal rolu sayəsində müsbət istiqamətdə irəliləyişlər nəzərə çarpır. Həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Səhiyyə Nazirliyi bu məsələyə xüsusi diqqət ayırmaqla bu problemə müəssisələrarası münasibətin dəyişməsinə imkan yaradan tədbirlər görür.
Koronavirus pandemiyasının nə qədər fəlakətlər gətirdiyi yadımızdadır. Bu səbəbdən tullantıların təkcə düzgün təhvil verilməsinə deyil, həm də sonrakı utilizasiyasına diqqət yetirilməsi vacibdir. Şirkətimiz şübhəsiz, tibbi personalın təliminə də böyük önəm verir və xüsusi treninqlər keçirir. Biz bu treninqlərdə tibbi tullantıların təsnifatı, lazımi təhlükəsizlik tədbirləri və tibbi tullantılara məsuliyyətsiz yanaşmanın mümkün nəticələri haqqında danışırıq.
Burada diqqətinizi çox vacib bir məqama çəkmək istərdim - tibbi tullantıların düzgün utilizasiyası bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. Birincisi, müxtəlif, o cümlədən yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqla tibb işçilərinin, pasiyentlərin və bütünlükdə cəmiyyətin təhlükəsizliyini təmin edir. İkincisi, bu, ətraf mühitin mühafizəsi üçün vacibdir, belə ki, yanlış utilizasiya su mənbələrinin və torpağın çirklənməsi ilə nəticələnə bilər. Bundan başqa, normativ tələblərə riayət olduqca mühüm aspektdir. Biz tibb müəssisələrinə ciddi qaydalara riayət etməkdə, eləcə də mümkün hüquqi və maliyyə nəticələrin qarşısını almaqda köməklik göstəririk.
- Artıq "Biri sağalarkən, başkası xəstələnməsin" şüarınızın niyə çağırış kimi səsləndiyi aydın olur. Zəhmət olmasa, şirkətinizdə tətbiq olunan utilizasiya prosesinin təfərrüatını bölüşərdiniz.
- Hər bir tullantı bağlaması yandırılmazdan əvvəl qeydiyyata alınmalı, çeşidlənməli və dezinfeksiya edilməlidir. Tullantılar yandırma kamerasına yükləndikdən sonra yüksək temperatura məruz qalır. Yandırma nəticəsində tibbi tullantılar tüstü şəklində növbəti kameraya daxil olur. Ümumi tullantıların külünün cəmi 5 faizi qalır. İkinci yandırma kamerasında yanma məhsulları (qazlar) tamamilə zərərsizləşdirilir. Burada onlar daha yüksək temperaturlara - 1100-1500 dərəcə Selsi arasında qızdırılır. Bunun sayəsində təhlükəli emissiyaların atmosferə daxil olma riski sıfıra endirilir. Zərərsiz tüstü hava kanalı vasitəsilə skrubberin su filtri korpusuna çıxır, daha sonra aerodinamik qüvvə hesabına fırlanır. Qazın təmizlənməsi natrium hidroksidin (NaOH) köməyilə həyata keçirilir.
Su nasos stansiyası ilə verilir, borudan, forsunkadan keçir və qazı nəmləndirir. Su hissəcikləri tozu tutur və aşağı enir. Çirkli su durulducu çənə axıdılır və ya təmizləyici qurğuya axır. Bütün proseslər tam avtomatlaşdırılıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən nəzarət olunur. Operator yanma temperatrunu, zərərli tullantılara dair məlumatları, eləcə də gündəlik 600 kubmetr tullantı yandıra bilən sobaların işləmə müddətini qeyd edir.
- 2022 və 2023-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibbi tullantıların utilizasiyası üzrə tenderlər keçirilib. Bu il tender Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdindəki İnnovasiya və Təchizat Mərkəzi tərəfindən elan edilib. "BT Texno Servis" kimi innovativ şirkət bu qədərmühüm tenderdə iştirak edir?
-Bəli, biz faydalı olmaq istədiyimiz üçün bütün mümkün tenderlərdə iştirak edirik və şanslarımızı çox yüksək qiymətləndiririk, çünki Azərbaycanda analoqu olmayan texniki bazaya malikik. İşimiz təhlükəli tullantılarla olduğu üçün ideal fəaliyyəti təmin etmək üçün bütün lazımi tədbirləri görmüşük.
Tenderdən bəhs etmişkən, çox mühüm yenilikləri qeyd etmək yerinə düşər. Birincisi, dövlət-özəl tərəfdaşlıq haqqında qanunun qəbul edilməsidir ki, bu da ictimai əhəmiyyətli məsələlərin qarşılıqlı əlverişli şərtlərdə həlli məqsədilə özəl sektordan investisiya axını, eləcə də dövlət və özəl sektor arasında uzunmüddətli qarşılıqlı fəaliyyət üçün imkanları yaradır. Bu proqram sayəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış "Tullantıların İdarə Edilməsi Mərkəzi" MMC ilə ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində görülən tədbirlərin dəstəklənməsi sahəsində əməkdaşlığa dair memorandum imzaladıq. İkincisi, dövlətin tenderin maksimum dərəcədə şəffaf keçirilməsi üçün göstərdiyi səylərdir.
Yuxarıda sadalanan imkanlar və texniki bazamız sayəsində ən aşağı qiyməti təklif etdik ki, bu da dövlət büdcəsinə müsbət təsir göstərəcək.
- Yəni, demək istəyirsiniz ki, bu tenderdə qalib gəlmisiniz?
- Xeyr, aydınlıq gətirim. Biz ən yaxşı təklifi vermişk və bu artıq komissiyanın protokolunda öz əksini tapıb, idi isə tenderin qalibinin elan olunmasını gözləyirik. Sifarişçi hələ ki dəqiq tarix müəyyən etməyib. Ən yaxşısına ümid edirik, çünki hesab edirik ki, bu sifarişə ən layiq olan bizim şirkətdir.
- Maraqlı müsahibə üçün çox təşəkkür edirik. Şirkətinizə tenderdə və ətraf mühitin mühafizəsinə töhfə verən bu qədər mühüm fəaliyyətdə uğurlar arzu edirik.