...

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib (FOTO)

Gündəm Materials 29 Oktyabr 2025 19:19 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə və müəssisə rəhbərlərinin, yerli icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaş qəbulu keçirib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.

Müraciətlər məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi, səhiyyə xidmətləri və digər məsələləri əhatə edib.

Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub, araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti