Bakı. Trend:
İsveçrə Afrikanın cənubundan təxminən bir əsr əvvəl xristian missioneri tərəfindən aparılmış Şilubana kral ailəsinə məxsus relikviyaları Cənubi Afrika Respublikasına qaytarıb.
Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın İsveçrəyə dövlət səfəri çərçivəsində keçirilən təntənəli mərasim Neuşatel şəhərində baş tutub.
Relikviyalar yüz ildən artıq müddət ərzində şəhərin etnoqrafiya muzeyində saxlanılıb.
Cənubi Afrikaya 30 ədəd fal sümüyü, bir əsa və öküz sümüyündən hazırlanmış bir tilsim geri qaytarılıb. Bu qədim əşyaların hamısı müasir CAR-ın şimalında hakimiyyət sürmüş Şilubana kral ailəsinə məxsus olub.
