...

Everest yaxınlığında helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 15:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Altitude Air” hava yolları şirkətinə (Nepal) məxsus “Airbus B3” helikopteri Everest yaxınlığında yerləşən Lobuçe yaşayış məntəqəsinə eniş etməyə çalışarkən qəzaya uğrayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qəzaya uğramış helikopter Lobuçedə çıxılmaz vəziyyətdə qalmış xarici turistlərin təxliyə olunması üçün Lukla aerportundan göndərilib.

Qəzada xəsarət alan pilot başqa bir helikopterə təxliyə olunub.

Hadisənin təfərrüaltları barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti