...

Azərbaycan, Qazaxıstan və Özbəkistan öz enerji sistemlərinin inteqrasiyası üzərində fəal iş aparırlar

Yaşıl iqtisadiyyat Materials 29 Oktyabr 2025 13:06 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan və Özbəkistan öz enerji sistemlərinin inteqrasiyası üzərində fəal iş aparırlar
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan və Özbəkistan öz enerji sistemlərinin inteqrasiyası üzərində fəal iş aparırlar.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.

“Qeyd olunan bütün ölkələr enerji sistemlərinin inteqrasiyası üzərində fəal işləyirlər. Özbəkistan və Qazaxıstanda gərginliyin tənzimlənməsi və tezliyin idarə olunması nəzərə alınmalıdır”, – deyə o bildirib.

Cavid Abdullayevin sözlərinə görə, Azərbaycan regionda enerji sistemlərinin inteqrasiyasını texniki və iqtisadi çağırışları aşmaqla davam etdirir.

“Bu, daha geniş diqqət və iştirak tələb edən iqtisadi şəraitdir. Layihənin böyük hissəsi layihə maliyyələşməsi hesabına həyata keçirilir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti