...

Manatın dövretmə sürəti aylıq ifadədə artıb

İqtisadiyyat Materials 29 Oktyabr 2025 13:19 (UTC +04:00)
Manatın dövretmə sürəti aylıq ifadədə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,41 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin sentyabrın 1-i ilə müqayisədə 0,03 bənd və ya 0,9% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,05 bənd və ya 1,4% azalıb.

Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,38 bənd, ötən ilin oktyabrın 1-nə isə 3,46 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti