Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun dövlət başçısı kimi ikinci müddəti ərzində ölkə iqtisadiyyatına təxminən 18 trilyon dollar cəlb olunub. İlin sonunadək bu məbləğin ümumilikdə 20-22 trilyon dollara çatacağı gözlənilir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Amerika Prezidenti bu açıqlamaları Cənubi Koreyanın Kyoncju şəhərində keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı səsləndirib.
Tramp ABŞ-ni dünyanın ən varlı ölkəsi adlandıraraq qeyd edib ki, indi ABŞ yüz milyardlarla dollar gəlir əldə edir.
