...

Ceyhun Bayramov Türkiyəni təbrik edib

Siyasət Materials 29 Oktyabr 2025 07:55 (UTC +04:00)
Ceyhun Bayramov Türkiyəni təbrik edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində paylaşım edib.

"29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən təbrik edirəm.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Respublika Günün mübarək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti