Bakı.Trend:
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 ABŞ dolları və ya 2,71% azalaraq, 65,21 dollar təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,85 dollar və ya 2,84% ucuzlaşaraq 63,17 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,84 dollar və ya 3,43% azalaraq, 51,87 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,8 dollar və ya 2,73% azalaraq 64,20 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
