...

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 01:46 (UTC +04:00)
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 11 nəfər ölüb

Bakı. Trend:

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Fələstinin "HƏMAS" hərəkatına yaxın olan Al Aqsa telekanalı məlumat yayıb.

Məlumata əsasən, zərbələr hazırda davam edir. Anklavın inzibati mərkəzi olan Qəzza şəhəri və sahil əraziləri hücuma məruz qalıb.

Qəzza zolağının şimal hissəsindəki məcburi köçkünlərin məşkulanşma mərkəzinə də hava hücumu edilib. Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti