...

"Melissa" qasırğası Yamaykaya çatıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2025 00:30 (UTC +04:00)

Bakı. Trend:

"Melissa" qasırğası Yamaykaya çatıb və 1851-ci ildən bəri ən güclü qasırğa adlandırılır.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

"174 il əvvəl qeydə alınmağa başlayandan bəri ən güclü qasırğa olan "Melissa" qasırğası Yamaykaya çatıb", - deyə agentlik bildirib.

Qasırğaya Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriya verilib və küləyin sürəti 82 m/s təşkil edir.

Bildirilib ki, yerli hakimiyyət orqanları təbii fəlakətə hazırlıq üçün bütün mümkün tədbirləri görüblər. Yamayka rəsmiləri həmçinin zərərin qiymətləndirilməsi prosesinin uzanacağı barədə xəbərdarlıq ediblər.

Xəbər lenti

Xəbər lenti