Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Rəfahdakı atışmada iştirak etmədiyini və Qəzza zolağında atəşkəs razılaşmasına sadiq olduğunu bildiriblər.
Trend-in məlumatına görə, bu barədə "Telegram" kanalında yayımlanan hərəkatın bəyanatında deyilib.
"HƏMAS Rəfahdakı atışma ilə əlaqəsini inkar edir və atəşkəs razılaşmasına sadiqliyini bir daha təsdiqləyir", - deyə qeyd olunub.