Bakı. Trend:
ABŞ-nin "Lockheed Martin" hərbi-sənaye korporasiyası Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) ilə əməkdaşlıq çərçivəsində "X-59" eksperimental səsdən sürətli təyyarəsinin ilk sınaq uçuşunu həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib
Məlumata əsasən, sınaqlar Palmdeyl şəhərindəki "Lockheed Martin" zavodunun yaxınlığında baş tutub və eksperimental təyyarə normal uçuş həyata keçirib.
"X-59-un ilk uçuşunu həyata keçirdiyimiz üçün çox sevinirik. Bu təyyarə birgə komandamızın innovasiya və təcrübəsinə sübutdur və səssiz səsdən sürətli texnologiya inkişafının ön sıralarında olmaqdan qürur duyuruq", - deyə korporasiyanın təyyarə dizaynı və əlaqəli tədqiqat və inkişaf üzrə ixtisaslaşmış "Skunk Works" bölməsinin vitse-prezidenti O.Cey Sançez bildirib.