Bakı. Trend:
Qarabağda və Şərqi Zəngəzurda bərpaolunan enerji üzrə layihələrin gerçəkləşdirilməsi, eləcə də Xəzər dənizinin külək potensialından istifadə Azərbaycanı “yaşıl enerji"nin regional mərkəzinə çevirir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən 13-cü Xəzər Enerji Forumunda bildirib.
O qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz ölkələri müasir enerji xəritələrinin formalaşmasında əsas oyunçulara çevrilməkdədirlər.
“COP29 bir daha regional və qlobal əməkdaşlıq potensialını ön plana çıxardı. Biz konfransın nəticələrini təkcə diplomatik qələbə kimi deyil, həm də gələcəyə yönəlmiş praktiki öhdəliklər kimi qiymətləndiririk. Forum göstərdi ki, bu gün iqlim və enerji gündəliyi Azərbaycan üçün əsas və prioritet istiqamətlərdən biridir. Artıq biz bu sahədə konkret tədbirlərin həyata keçirilməsinə fokuslanmışıq”, – deyə Yalçın Rəfiyev qeyd edib.
