...

AYİB hidrogen enerjisi üzrə yol xəritələrinin hazırlanmasını dəstəkləyir - Cavid Abdullayev

İqtisadiyyat Materials 29 Oktyabr 2025 11:47 (UTC +04:00)
AYİB hidrogen enerjisi üzrə yol xəritələrinin hazırlanmasını dəstəkləyir - Cavid Abdullayev
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) hidrogen enerjisi üzrə yol xəritəsinin hazırlanmasında Azərbaycana dəstək göstərir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.

Onun sözlərinə əsasən, AYİB hidrogen enerjisinin inkişafı üzrə yol xəritələrinin hazırlanması çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edir və sözügedən yol xəritələri bu sahədə gələcək layihələr üçün təməl rolunu oynayacaq.

Agentlik direktoru vurğulayıb ki, bank artıq Azərbaycan tərəfinə həm maliyyə, həm də ekspert dəstəyi göstərir və sənədin ətraflı və icraya yönəlmiş formada hazırlanması üçün beynəlxalq konsaltinq şirkətinin seçimi prosesi yekun mərhələyə çatıb.

“Artıq beynəlxalq konsaltinq şirkətlərinin qısa siyahısı müəyyən edilib və bu layihəyə yüksək maraq müşahidə olunur. Əminəm ki, nəticələr uğurlu olacaq”, – deyə Cavid Abdullayev bildirib.

O, həmçinin xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan hidrogen enerjisinin inkişafı üzrə öz baxışını və geniş beynəlxalq maraq doğuran strateji sənədini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti